1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"la oyun final olacaq"
"Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Bilirdik ki, "Kəpəz"lə matç çətin olacaq. Qış fasiləsindən sonra bir çox rəqiblərə başağrısı olurdular. Son saniyəyə qədər əzmkar mübarizə izlədik. Əvvəlki əzmkarlığımız özümüzə qayıdır. Bu, futboldur, hər şey ola bilər".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin məşqçisi Elnur Çodarov evdə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Milan Düriçin hərəkətinə görə klub onu cəzalandıracaqmı?
- Düzü, epizodu görmədim. Səhvi böyükdürsə, əlbəttə, cəzalandırılacaq.
- Matçın final fitindən sonra paltardəyişmə otağında böyük sevinc yaşandı. Bu, vəd edilən mükafatla bağlı idi?
- Xeyr. Sadəcə, futbolçularımıza özünəinam hissi qayıdıb. Onlar uzun müddət idi ki, ardıcıl qələbə qazana bilmirdilər. İndi onun dadını çıxarırlar.
- "Sumqayıt"la son turdakı oyunu necə dəyərləndirirsiz?
- Var gücümüzü ortaya qoyacağıq. Hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdı. "Sumqayıt"la oyun bizim üçün final olacaq.