"Sizin üçün çox darıxacağam, amma artıq öz ölkəmə, öz evimə qayıtmağın vaxtı çatıb". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" ilə vidalaşan Bruno Bertuççi klubun rəsmi saytına açıqlamasında deyib.
Bertuççi bildirib ki, flaqman adını bundan sonra oynayacağı bütün klublara daşıyacaq. Braziliyalı müdafiəçi klub prezidenti Sadıq Sadıqova təşəkkür etməyi də unutmayıb: "İki ildən artıqdır Azərbaycandayam. Bu müddətdə özümü çox xoşbəxt hesab etmişəm. Mən "Neftçi” üçün çox fəxr və fədakarlıqla oynamışam. Komanda və azarkeşlər üçün əlimdən gələni etmişəm. Biz birlikdə çempionluq qazanmış və tarix yazmışıq. Mən "Neftçi”nin adını bundan sonra oynayacağım bütün klublara daşıyacağam. Azərbaycandakı insanlar mənim ürəyimdə həmişə qalacaqlar. İkinci ailəm olan komanda yoldaşlarım isə daim mənim dostlarım olaraq qalacaqlar. Öz adımdan və ailəmin adından klub prezidenti Sadıq Sadıqova "Neftçi” üçün etdiyi hər şeyə görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, "Neftçi" Bruno Bertuççi ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb.