"Sumqayıt" Futbol Klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.
Sportnet.az xəbər verir ki, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi komanda ilə yeni 2 illik sazişə imza atıb.
5 mövsümdür "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubun heyətində 20 oyuna çıxıb, 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Kapitan ümumilikdə isə "Sumqayıt" FK-nın heyətində 131 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb