1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Millimizin adına layiq oynayacağıq"
"Qarşıdakı yoldaşlıq görüşlərində əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Qırğızıstan, Qazaxıstan və Latviya yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, millinin öz oyun üslubunu nümayiş etdirməsinin vaxtı yetişib: "Artıq ortaya bir şey qoymalıyıq. Düşünürəm ki, qarşıdakı yoldaşlıq görüşləri Millətlər Liqasından öncə bizə yaxşı təcrübə olacaq. Millimizin adına layiq oynayacağıq".
Qarayev sentyabrda start götürəcək UEFA Millətlər Liqası barədə də fikirlərini bölüşüb: "Çox adam düşünür ki, Millətlər Liqası asan olacaq. Ancaq mən elə deməzdim. Əksinə, çox ağır olacağını düşünürəm. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, milli komanda səviyyəsində də uğurlarımız olsun".
Qeyd edək ki, Qırğızıstanla mayın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstanın, iyunun 9-da isə Riqada Latviyanın qonağı olacaq.