1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emrah Çelikel: "Onlar icazəli idilər"
"Qarabağ"dan ayrılacaq futbolçuların adlarına rəsmən yaxın günlərdə aydınlıq gələcək.
Bu barədə Sportnet.az-a klubun direktoru Emrah Çelikel məlumat verib. Çelikelin sözlərinə görə, bu məsələ baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Klub rəsmisi "Qəbələ" ilə Topaz Premyer Liqasının son oyununda iştirak etməyən bəzi futbolçuların "Qarabağ"dan ayrıldıqlarına dair iddialara isə belə reaksiya verib: Həmin oyunçular icazəli idilər. Təqvimə əsasən, son oyunumuz mayın 20-də keçirilməli idi. Futbolçular da planlarını buna uyğun qurmuşdular. Amma sonradan "Qəbələ" ilə oyunumuz bir gün ertələndi. Nəticədə həmin futbolçular matça qala bilmədilər".
Qeyd edək ki, hələlik "Qarabağ"ı Pedro Enrike, Əfran İsmayılov, Arif Daşdəmirov və Riçard Almeyda tərk edib.