Məqsəd İsayev "Keşlə” klubunu tərk edə bilər.
Bu barədə Sportnet.az-a cinah müdafiəçisinin özü məlumat verib. Paytaxt klubu ilə müqavilsənin müddəti mövsümün sonunda başa çatan 24 yaşlı oyunçu bir neçə təklif aldığını söyləyib: "Keşlə” ilə müqaviləm başa çatır. Azərbaycan Kubokunun finalında sonra rəhbərliklə görüşəcəyik. Komandada qala da bilərəm, gedə də. Başqa təkliflər də var. Lakin "Sabah”a keçəcəyimlə bağlı xəbərlər düz deyil. Hər şey danışıqdan asılıdır”.
Artıq Pablo Podio və Qara Qarayevin "Keşlə"dən ayrılacaqları dəqiqləşib. Bunun müqabilində, bakılıların Vaqif Cavadovla müqavilənin müddətini bir il artırmaqla bağlı razılıq əldə olunub. Həmçinin, Andre Klennonun da sözləşməsi uzadılacaq.
Qeyd edək ki, Məqsəd İsayev "Keşlə”yə qış fasiləsində "Neftçi”dən keçib. Vaqif Cavadov isə eyni vaxtda azad agent qismində komandaya qoşulub.