
İsveçrə Prokurorluğu kifayət qədər dəlil olmaması səbəbindən UEFA-nın sabiq fransalı prezidenti Mişel Platininin üzərindən korrupsiya ittihamını götürmək barədə qərar qəbul edib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorun əldə edilən məktubuna istinadən Fransanın "Le Monde" qəzeti yazıb.
Platini UEFA-nın prezident postunu 14 sentyabr 2016-cı ildə tərk edib.