Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Spornet.az-ın məlumatına görə, final matçında "Keşlə” və "Qəbələ” komandaları üz-üzə gəlib. Qarşılaşma "Keşlə” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.
Beləliklə, 2017/2018 mövsümünə yekun vurulub. Tarixdə ilk dəfə Azərbaycan Kubokunun qalibi olanda "Keşlə” komandası Avropa Liqasında çıxış etməyə haqq qazanıb.
Azərbaycan Kuboku
Final
28 may
20:00. "Keşlə" - "Qəbələ" - 1:0
Qol: Pərdis Fərcad-Azad, 71
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu.