"Əlbəttə, kubok oyununda çıxış etmək "Keşlə” futbolçuları üçün böyük sevincdir. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidir".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Qəbələ" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə Peşəkar Futbol Liqasının rəsmi saytına danışarkən deyib. Ukraynalı mütəxəssis oyundan gözləntilərini də açıqlayıb: "Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək final matçı saat 20:00-da başlanacaq.