"Qəbələ” 2018/2019 mövsümünün hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, iyunun 12-də Qəbələdə bir araya gələn "qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü 2 məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında günün birinci yarısında fiziki təmrinləri yerinə yetirib.
Günün ikinci yarısındakı məşq prosesi zamanı futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları icra edib.