"Qarabağ” klubunun Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb. Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb.
İki qrup halında çalışan kollektiv "kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.