Azərbaycan millisinin və "Araz” klubunun futzalçısı Eduardo Borges karyerası ilə bağlı yeni qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "Facebook" hesabında paylaşım edən yığma üzvü qarşıdakı mövsümü Fransa çempionatında keçirəcəyini açıqlayıb. Mayda "Araz”la müqavilə başa çatan müdafiəçi "Acces Futsal” klubu ilə anlaşıb.
Qeyd edək ki, Eduardo Borges 2013-cü ildən Azərbaycan millisinin formasınnı geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində çıxış edib.