"Qəbələ” Sloveniya toplanışının 10-cu gününü bir məşqlə yekunlaşdırıb.
Sportnet.az-ın məlumatına görə, Xorvatiyanın "Dinamo” (Zaqreb) klubu ilə yoxlama oyununda meydana çıxan futbolçular
bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Matçda oynamayan futbolçular isə öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmaları icra edib.
Qeyd edək ki, "Qəbələ" "Dinamo"ya 0:2 hesabı ilə uduzub.