"Qəbələ" klubu Lüksemburq "Proqres"i ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ərəfəsində azarkeşlərə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın hazırladığı promo-videoda iyulun 12-də keçiriləcək oyunda dəstək istənilib.
Həmin gün Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Cavab görüşü iyulun 19-da Düdelanjda olacaq.






































































