1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bahodir Nasimov "Keşlə"də!
"Keşlə" klubu Malta "Baltsan"ı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportnet.az-ın məlumatına görə, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib. Onların arasında yeni transferlər Miloş Boşançiç və Bahodir Nasimov da yer alıb. 30 yaşlı serbiyalı Boşançiç hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya "Slovan"ında çıxış edib. 31 yaşlı özbəkistanlı hücumçu Nasimov isə əvvəllər "Neftçi"də çıxış edib. O, 2011-2012 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub.
"Keşlə"nin sifariş ərizəsi:
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı
Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna
Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.
Qeyd edək ki, "Keşlə" "Baltsan"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.