Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, veteran futbolçu Avropa Liqasında I təsnifat mərhələsinin "Jalgiris” (Litva) – "Kİ Klaksvik” (Farer adaları) oyununda iş başında olacaq. Görüş iyulun 19-da Vilnüsdə Litva Futbol Federasiyasının stadionunda keçiriləcək.
Bu komandalar arasındakı ilk görüşdə "Jalgiris" qalib gəlib - 2:1.













































































