1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qattuzo maliyyə fırıldağında şübhəli bilinir
İtaliyanın "Milan" klubunun baş məşqçisi Cennaro Qattuzo pul yuyulması işi üzrə istintaqa cəlb olunub.
Sportnet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis donuz yetişdirilməsi fermasının səhmlərinin 35 faizinin sahibi olub. Bu ferma 2014-cü ilin mayında müflis olub. Təsərrüfatın səhmlərinə 2011 - 2013-cü illərdə sahib olmuş Qattuzo oranı bankrot olmağa bir neçə ay qalmış tərk edib.
İş üzrə şübhəlilər siyahısında 42 nəfərin olduğu bildirilir. Artıq 8 nəfər həbs olunub, 7-si ev dustaqlığında, 1-i isə göz altındadır.
Qeyd edək ki, daha əvvəl "Milan"ın borcları üzündən ABŞ-ın "Elliott Management" investisiya korporasiyasiyasının nəzarətinə keçdiyi açıqlanıb.