"Keşlə" klubu Yuri Maksimovun baş məşqçi postundan istefası ilə bağlı məlumat yayıb.
Sportnet.az-ın məlumatına görə, rəsmi açıqlamada deyilir: "Bu gün klubumuzun rəhbərliyi ilə əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirilib. Görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. "Keşlə" rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır".
Qeyd edək ki, "Keşlə" iyulun 12-də Maltada Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Baltsan"a 1:4 hesabı ilə uduzub. Azərbaycan təmsilçisini iyulun 19-da Bakıdakı cavab görüşünə köməkçi-məşqçi Zaur İsmayılov çıxaracaq.














































































