Fransanın "Monako" klubu Rusiya MOİK-nin futbolçusu Aleksandr Qolovini heyətinə qatıb.
Sportnet.az knyazlıq klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilə qədər müqavilə bağlanılıb. O, yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.
Mətbuatda "Monako"nun Qolovin üçün 30 milyon avro ödədiyinə dair xəbərlər yer alıb.
Qeyd edək ki, Aleksandr Qolovin DÇ-2018-də Rusiya millisinin heyətində yer alıb. O, mundialda keçirdiyi 4 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.