"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov klubun maliyyə problemləri üzündən klubun dağılma təhlükəsi ilə üzləşdiyinə dair iddialara münasibət bildirib.
Nəcəfov Sportnet.az-a açıqlamasında belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb. Lakin o, komandada dəyişikliklərin baş verməsini istisna etməyib: "Dünyanın istənilən klubunda, o cümlədən, "Qəbələ"də də dəyişikliklər ola bilər. Dəyişiklik istər maliyyə, istərsə də strateji baxımdan mümkündür. Lakin bu, o anlama gəlməməlidir ki, klubumuz bağlanır. Belə məsələ qətiyyən gündəmdə deyil".
Qeyd edək ki, "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası I Divizionda iştirakdan imtina edib.