1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Halldorsson: "İlk oyunum idi və qarşılaşmadan həzz aldım"
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Belarusun BATE klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın qapıçısı Hannes Halldorsson matçdan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, 34 yaşlı qolkiper öncə görüş barədə fikirlərini bölüşüb.
- Çətin oyun oldu. Rəqib sürətli əks-hücumlara çıxırdı. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Səfər oyunu çətin olacaq. Şanslarınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə, bizi çətin oyun gözləyir. Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq istəmirik. Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır.
- "Qarabağ"da ilk oyununuz idi. Təəssüratlarınız necədir?
- İnanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi.
- Sizcə, BATE "Qarabağ”dan güclü komandadır?
- Məncə, biz daha yaxşı komandayıq. Məğlubiyyətə baxmayaraq, şanslar bərabərdir. Səfərdə vuracağımız bir qol hər şeyi dəyişə bilər. Düşünürəm ki, bütün suallara cavab matçında aydınlıq gələcək və növbəti mərhələyə biz adlayacağıq.