1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Bu, bizim üçün təhqirdir"
"Çox şükür, qərara gələ bildik. Bəzilərinə I divizionun taleyi müəmmalı olsa da, qərar verə bildik”.
Sportnet.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun 2018/2019 mövsümünün püşkatma mərasimində deyib.
O bildirib ki, hazırda da danışılmış oyunlara qarşı mübarizə aparılır: "AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək belə, sübuta ehtiyac yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Danışılmış oyunlar Azərbaycan üçün ləkədir, bizim üçün təhqirdir”.
R.Musayev yeni mövsümdən etibarən Premyer Liqa klublarnın əvəzedici komandalarının I Divizionda çıxışının Azərbaycan futboluna xeyir verəcəyini söyləyib: "Limitə dəyişiklik etdik, 1998-ci il təvəllüdlü futbolçulara üstünlük veriləcək. Düzdür, ola bilər ki, ilk mövsümdə çempionatın səviyyəsi ürəyimizcə olmasın. Amma ikinci ildə hər şey yoluna qoyulacaq. Yarış 2 dövrədən ibarət olacaq və 5 əvəzetməyə icazə veriləcək. Bunlar sırf yerli oyunçuların iştirakı naminədir”.