1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksandr Qleb: "Bir az şanslı idik"
"Düzü, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz arxadan etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki bizim irəli xəttdə sürətli oyunçularımız var".
Sportnet.az Pressball-a istinadən xəbər verir ki, bunu Belarusun BATE komandasının futbolçusu Aleksandr Qleb "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
37 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın futbolçularını Finlandiyanın HİK komandasının oyunçuları ilə müqayisə edib: "Onlar daha texnikalı və sürətli idilər. Fərdi olaraq çox güclü oyunçular var. "Qarabağ" layiqli rəqibdi. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra Hollandiya barədə düşünə bilərik".
Qeyd edək ki, BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək.