1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çoxlu çətinliklə üzləşdik"
"Həm böyük yorğunluq, həm də inanılmaz sevinc hiss edirəm. Borisov komandasına məhz bu məqsədlə - ciddi çağırışlar, o cümlədən Avropa arenasında oynamaq üçün keçmişdim. Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksələ bildiyimiz üçün məmnunam. 90 dəqiqə ərzində gözəl dəstək olan azarkeşlərə də dərin təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu Belarus BATE-sinin futbolçusu Aleksandr Filipoviç evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 24 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisinin aqressiv oynayamağa və pressinq etməyə çalışacağını gözləyirmişlər: "Rəqib səviyyəli hücumçulara malik güclü komandadır, topa gözəl nəzarət edir. Biz onların təzyiqinin öhdəsindən yaxşı gəldik. Hərçənd, bəzən aşağı səviyyədə müdafiə olunduq və ikinci hissənin əvvəllərində qol buraxdıq. Qalan müddətdə də müəyyən bölümlərdə çoxlu çətinliklə üzləşdik. Xoşbəxtlikdən, qonaq komandanın hücumçusu qırmızı vərəqə aldı. Bu da sözsüz ki, hadisələrin inkişafına təsirini göstərdi. Bununla belə, qarşılaşmanın sonları əsəbi keçdi. Lakin biz özümüz üçün sərfəli hesabı qoruduq".
Qeyd edək ki, BATE ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksəlib. Belarus təmsilçisinin növbəti rəqibi Hollandiya PSV-si olacaq. "Qarabağ" isə Avropa Liqasının "pley-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.