Topaz Premyer Liqasında II turun açılış oyununda üz-üzə gələcək "Səbail" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov Belarus BATE-si ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə iştirak etmiş futbolçulardan bəzilərini ehtiyatda saxlayıb. Bunlar qapıçı Hannes Halldorsson, müdafiəçi Maksim Medvedev və Bədavi Hüseynov, eləcə də yarımmüdafiəçi Simeon Slavçev, Miçel və Donald Gerryedir. Kapitan Rəşad Sadıqov isə ümumiyyətlə, iştirak ərizəsinə salınmayıb.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 22. Edqar Paçeko, 18. Aqşin Qurbanlı, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 70. Ürfan İsmayılov, 88. Orxan Qurbanlı, 85. Xaliq İbrahimov.
Baş məşqçi: Aftandil Hacıyev
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 1. Hannes Halldorsson, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 18. İsmayıl İbrahimli, 77. Donald Gerrye, 88. Rafael Məhərrəmli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, oyun saat 18:30-da başlanacaq.