
"Zirə"nin futbolçusu Aleksandr Dedov Moldova millisinə dəvət alıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Millətlər Liqasının oyunlarına çağırılıb. Moldova sentyabrın 8-də səfərdə Luksemburq, 3 gün sonra isə evdə Belarusla üz-üzə gələcək.