
Neftçi” komandası Topaz Premyer Liqasının III turunda qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, flaqman "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər. Əvəzində müalicəsini başa vuran Rəşad Eyubov və "Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov komanda ilə birlikdə hazırlaşıblar. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.
Qeyd edək ki, avqustun 26-da "Azərsun Arena”da keçirəcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.