Ukraynanın "Dinamo" (Kiyev) klubunun fanatları Hollandiya "Ayaks"ının azarkeşlərinə hücum ediblər.
Sportnet.az-ın məlumatına görə, hadisə iki komanda arasındakı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl baş verib. Kiyevdəki pablardan birində yaşanan insident nəticəsində zərər çəkənlər barədə dəqiq bilgi yoxdur. Polis toqquşma iştirakçılarından 9-nu saxlayıb. Hadisə yerində operativ təhqiqat qrupu işləyir. Onlar münaqişənin səbəbi və baş vermə şəraitini müəyyənləşdirirlər.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb. İlk matçda "Ayaks" qalib gəlib - 3:1.








































































