"Bizi çox çətin oyun gözləyir. İlk matçda yaxşı nəticə qazanmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Sonuncu 90 dəqiqəyə çıxacağıq. Birinci görüşdəki kimi oynamağa çalışacağıq”.
Sportnet.az xəbər verir ki, bunu Moldovanın "Şerif” komandasının kapitanı Mateo Suşiç "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 27 yaşlı bosniyalı müdafiəçi bildirib ki, ötən illə müqayisədə "Qarabağ”ın heyətində dəyişikliklər olub: "Yeni futbolçular olsa da, komanda əvvəlki futbolu nümayiş etdirir. Düzdür, futbolçuların hələlik bir-birlərinə tam uyğunlaşmadığı, fərdi oyuna üstünlük verdikləri hiss olunur. Öz futbolumuzu oynamalıyıq. Fərdi olaraq, heç bir futbolçunu qeyd etmək istəməzdim. Bəli, İnnosent Emeqaranı təhlil etmişik. Amma komandada başqa yaxşı oyunçular da var”.