1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Bəzən çox yoruluram"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif" klubuna 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə qələbə təəssüratlarını bölüşüb...
- Öncə futbolçularımı təbrik edirəm. Sonadək yaxşı oynadılar, əsl idman xarakteri göstərdilər. Bu komanda ilə fəxr edirəm. Nəyi görmək istəyirdiksə, onu da gördük. Ardıcıl 5-ci dəfə pley-offda oynadıq və hamısından qalib ayrıldıq. Klub rəhbərliyini təbrik edirəm. Onlar həmişə arxamızda olub. Azarkeşlərimiz möhtəşəm idilər və onların hər birinə təşəkkür edirəm. Hamıya bu diqqətə, marağa görə minnətdarlığımı bildirirəm. Rəqibə də uğurlar arzulayıram. "Şerif" bizə çətinlik yaratdı.
- Əvvəlki oyunlarda komandada uyğunlaşmada problem görünürdü. İstədiyiniz komandanı görmək üçün nə qədər var?
- Həmiə demişəm ki, nəticə olsa belə, problemlər var. Bunu bilirik və qabartmırıq. Çalışırıq ki, əlimizdə olan komandanın maksimum yaxşı oynamasına çalışaq. Baş məşqçi kimi düşünə bilərəm ki, istədiyim komandanı bu günədək formalaşdıra bilməmişəm. Ancaq komandamdan həmişə razı olmuşam. İradlarımızı, çatışmazlıqlarımızı komanda daxilində bildirmişəm. Bugünkü oyunda futbolçularımızın xarakterindən zövq aldım.
- Müdafiə xəttiniz inamlı çıxış etdi. Yalnız Bədavi Hüseynovda bir az inamsızlıq var idi...
- Razıyam. Rəqib də bundan istifadə edə bilərdi. Hər oyuna yaxşı motivasiya olunmuşuq. Bu dəfə də onu gördüm. Ümumən, bütün komanda müdafiə olunur, həm də hücum edir.
- Sizcə, futbolçularınız psioxloji baıxmdan daha çox yorulumuşdu, yoxsa fiziki? Onu da nəzərə alaq ki, son günlərdə komanda üzərində təzyiq vardı...
- Psixoloji yoğrunluq fiizki yorğunluğa təsir göstərir. Başqa cür mümkün deyil. Ümumiyyətlə, idmanda hər hansı dəqiqələrdə bunu yaddan çıxarırsan. Çünki meydanda mübarizə aparırsan. Hər iki komponentdə yorğunluğun olması normaldır. Bu, olmasaydı, xarakteri, istədiyimiz nəticəni görə bilməzdim.
- Qrupa düşməklə demək olar ki, minimum hədəfə nail oldunuz. Bundan sonra yeni transferlər gözlənilir?
- Açığı, dünən Arazla Abdullayevlə maraqlandığımızı bidlirmişəm. Bildiyiniz kimi onun bir neçə klubu var (gülür). Hamısı ilə danışıqlar aparırıq. Hələ ki bir şey edə bilmirik. Ancaq yeni transfer istəyirəm Araz son 2 gündə fərdi məşq etdi. Klubları ilə razılıq olsa, Arazı transfer edəcəyik. Sabah gecə "transfer pəncərəsi" bağlanır və sonra edə bilməyəəcyik.
- BATE-yə məğlubiyyətdən sonra sosial mediada həm sizə, həm də kapitan Rəşad Sadıqova xeyli tənqid var idi. Onlara cavabınız nədir?
- Sosial şəbəkədə yoxam və mediada tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar? Açığı, belə uğursuz oyunlardan sonra bir az tələsik tənqid olur. Nəticədə futbolçular oyuna gərginlik çıxır ki, bu məni narahata edir. Azarkeşlərə narazılıq edə bilmərəm. Onlar bizi dəstəkləyirlərsə, tənqid etməyə haqları var. Çünki nəticə istəyirlər. Futbolu onlar üçün oynayır, onları sevindirmək istəyirik.
- Qrup mərhələsinə 5-ci dəfə vəsiqə qazanmağınız daha önəmli idi. Çünki Azərbaycan futbolunda,"Qarabağ"da eniş haqda danışılırdı. Demək olarmı ki, bu qələbə ikiqat sevinc oldu?
- Həqiqəqən bu uğur vacib idi. Hər il nə qədər uğur qazanırıqsa, növbəti il daha çox tələb edirlər. Bu qələbə futbolumuzun inkişafı üçün daha böyük şansdır.
- Qrup oyunlarınız yenə Bakı Olimpiya Stadionunda ola bilərmi?
- Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etmişik. Ancaq başqa bir şey olsa, buna hazırıq.
- Qrupda hansı üslublu kmandalarla düşməməyə üstünlük verərdiniz?
- İnanın ki, fərqi yoxdur. Bu gün futbol o səviyyəyə gəlib ki, daha çox rəqibə uğun oynayır və bunun əsasında nəticə qazanmağa çalışırlar. Əlbəttə. bunu böyük komandalara aid etmirəm. Qalanları eyni səviyyəli komandalardır və bu zaman bizə daha çətin olur. Nəticəyə görə hər oyunda komandalar fərqli futbol göstərir. Kim düşsə, xeyirlisi. Rəqiblərdən asılı olmayaraq, uğurlu çıxış etməyə çalışacağıq.
- "Astana" da qrupa düşdü. Onunla rəqib olmaq sizə maraqlı olar?
- Heç vaxt arzu etməmişəm ki, kimsə bizə düşsün. Hansı bizə xeyirlidirsə, o da düşsün. "Astana" düşsə, lap yaxşı olsa. Riçard Almeydaya gəlincə, onu bir neçə gündən sonra millidə görəcəyəm (gülür).
- Son vaxtlar yetərincə sıx qrafikdə olsanız da, böyük enerjiyə maliksiniz. Bunu hardan alırsınız?
- İş, gərginlik həddən artıq çox olur. Bəzən çox yoruluram. Mənə bu komandalar tapşırılıb, həvalə olunub. Çalışmalıyam ki, yorulmağımıza baxmayaraq, bütün gücümü əsirgəməyim. Başqa bir işimiz də yoxdur. İnanın ki, son vaxtlar evdə normal olmuram. Hətta bəzən uşaqlar küsürlər. Düşünürəm ki, qarşıdan çox vacib oyunlar gəlir. Çalışıb özümüzü toparlamalıyıq. Bir olaraq, yaxşı nəticə əldə etməyə çalışacğıq. Sağ olsun "Qarabağ" və AFFA rəhbərliyi, hər bir halda məni başa düşür, bəzən güzəştə gedirlər. Mənə güvəniblərsə, etimadı doğrultmalıyam.
- Bu qələbədən sonra Millətlər Liqaısndakı ilk oyunda uğurlu nəticə gözləyə bilərik?
- Ümumiyyətlə, hər bir uğurumuz milli komandaya böyük köməkdir. Bugünkü qələbə futbolçulara ən azından böyük inam verəcək. Peşəkaram və çalışacağam ki, hər bir yerdə özümü motivasiya edim. Əlbəttə, qalib gəlməyimiz mənə də əlavə güc, istirahət verəcək. Futbolçular millidə istəkli olacaqlar və çalışacaqlar ki, azarkeşlər qələbəylə sevinsinlər.
- Keçənilki "Şerif" sizə daha çətinlik yaratdı, yoxsa budəfəki?
- Onda da güclü idi, bu dəfə də. Ola bilər ki, bu il daha yaxşı müdafiə olunurdular. Oyun sistemləri fərqli idi.
- Zədəli Dani Kintana qrupda oynaya biləcəkmi və Miçel komandaya nə zaman qoşulacaq?
- Dani burada əməliyyat olundu, 7 gün sonra yenidən müayinə olunacaq. Bir ay sonra oynaya bilər. Miçel də milli komandaların oyunları ilə əlaqədar fasilə bitəndən sonra komandaya qoşula biləcək.