1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elşad Əhmədov: "Bu, adi yoldaşlıq görüşü deyildi" - MÜSAHİBƏ
"Sabah" komandasının baş məşqçisi Elşad Əhmədovun "Əlincə Arena"da "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Sportnet.az-a müsahibəsi
- Topaz Premyer Liqasında olduğu kimi, yenə "Sumqayıt"a uduzdunuz. Bu komandanı özünüz üçün arzuolunmaz rəqib saymırsınız?
- "Sumqayıt" arzuolunmaz yox, maraqlı rəqibdir. Yenidən bu komanda ilə oynadıq və qalib gəldilər. Təbrik edirik. Deməzdim ki, adi yoldaşlıq görüşü oldu. Hər iki komandanın ifasında gördüyümüz mübarizlik, hərəkətlilik baxımından bu görüş Premyer Liqa matçından fərqlənmədi.
- Bugünkü məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Nəticə mənim üçün önəmli deyildi. Əvəzedici heyətdəkiləri də, ehtiyatda qalanları da oynatdıq. Mən çempionatda oynamayan və ya az oynayan uşaqların durumuna baxmaq istəyirdim. Elə futbolçularımız var ki, 3 tur ərzində bir dəfə də meydana çıxmayıblar. Vəziyyətlərini görmək üçün heyətdə onlara üstünlük verdik.
- Sizi nəticədən başqa nə qane etmədi?
- Komandada hərəkətsizlik var idi. Bu da başadüşüləndir. Premyer Liqada III turun oyunundan sonra futbolçuları istirahətə buraxmışdıq. Kollektiv cəmi 3 gündür yığılıb. Ümumilikdə, çoxlu çatışmazlıqlarımız var. Onlar üzərində işləyirik və işləməliyik. Unutmayaq ki, "Sabah" yeni yaranmış komandadadır.
- Bunlardan birinin qol vurmaq sarıdan olduğunu düşünmürsünüz?
- Elədir, razıyam. Qol vurmaq, xətlərarası əlaqə və digər məsələlər üzərində işləməliyik.
- Hər iki qələbənin "quru" hesabla olub. "Sumqayıt"la oyunda isə irəlidə olduğunuz vaxt qol buraxdıqdan sonra sanki komandanız "sındı". Bu gün də bərabərlik qolunu buraxdıqdan sonra eyni hal baş verdi. Sanki komandanız qol buraxdıqdan sonra özünə gələ bilmir...
- Deməzdim ki, belə bir problemimiz var. "Sumqayıt"a 1:4 hesabı ilə uduzduğumuz oyunu düzgün vurğuladınız. O oyunda həqiqətən də nə isə oldu. Sanki bir "qara zolaq" idi, gəlib keçdi. Bundan sonra uşaqlar toparlanaraq, növbəti turda "Zirə" üzərində qələbə qazandılarsa, sağ olsunlar. Amma futbolda "Sumqayıt"la oyundakı kimi məğlubiyyətlər də olur.
- Bəzi aparıcı oyunçularınıza istirahət verməyiniz və onların hətta hazırda xaricdə olmaları nə ilə əlaqədardır?
- Marko Deviç icazəlidir, vətəni Ukraynaya gedib. Cavid İmamverdiyev milli komandanın düşərgəsindədir. Vitali Kvaşuk isə dünən zədələndi. Ona görə də istirahət verdik.