"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın "Vorskla" klubu heyətinə iki yeni futbolçu cəlb edib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Poltova təmsilçisi afrikalı müdafiəçilər Naceba Yakubu və İbrahima Kane ilə müqavilə imzalayıb. Ukrayna klubu Yakubu ilə 4 il, Kane ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə ilk oyununu oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına Stadionda baş tutacaq.