Milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edən "Zirə” və "Qəbələ" komandaları arasında yoxlama oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, sentyabrın 8-də "Bakı” FK-nın təlim-məşq bazasında keçiriləcək görüş saat 17:30-da başlanacaq.
Bu matç Samir Abasovun "Zirə"də baş məşqçi, Adrian Skarlatakenin isə futbolçu kimi debüt matçı olacaq.
"Qəbələ" isə fasilə müddətində ikinci yoxlama oyununa çıxacaq. "Qırmızı-qaralar" ilk görüşdə MOİK-i darmadağın edib - 4:0.