1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"da 2 zədə
"Sabah"la yoxlama görüşündən sonra 1 günlük istirahətə buraxılan "Sumqayıt" komandası Topaz Premyer Liqasının IV turunda "Qarabağ"la keçirəcəyi oyunun hazırlıqlarını bərpa edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda məşqə çıxıb. Milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev və Ülvi İsgəndərov çalışmalara qatılmayıb. Bundan başqa Elvin Məmmədov və Vurğun Hüseynov zədəli olduqları üçün fərdi məşqlə kifayətləniblər. Zədəsini bərpa edən Rail Məlikov isə artıq komandaya qoşulub.
Təxminən 1.5 saat davam edən hazırlıq prosesində futbolçular müxtəlif toplu hərəkətlər və taktiki gedişlər üzərində çalışıblar. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" yoxlama oyununda "Sabah"ı 2:1 hesabı ilə yenib. "Qarabağ"la görüş isə sentyabrın 15-də "Azersun Arena"da keçiriləcək.