
"Keşlə"nin futbolçusu Ebrima Sohna Qambiya milli komandasının heyətində növbəti oyuna çıxıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Əlcəzair yığması ilə təsnifat mərhələsinin matçında çıxış edib. O, 90 dəqiqəni əvəz edilmədən keçirib. Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.