"Sumqayıt” klubunun futbolçusu Rail Məlikov komandasında yubiley oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının IV turunun "Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub.
Müdafiəçi 50-ci dəfə "Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, Məlikov "Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur