1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" Elvin Məmmədovsuz çalışdı
"Qarabağ”la Topaz Premyer Liqasının IV tur qarşılaşmasının ardından 2 günlük istirahətə buraxılan "Sumqayıt” komandası məşqləri bərpa edib.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, "Keşlə” ilə növbəti tur qarşılaşmasının hazırlıqlarına baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start verilib. Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Fərid Kərimzadə və Əli Əliyev əsas komanda ilə birgə çalışıb. Hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışan kollektiv məşqə ikitərəfli oyunla yekun vurub.
Qeyd edək ki, "Keşlə” – "Sumqayıt” qarşılaşması sentyabrın 23-də keçiriləcək.