"Qəbələ” Topaz Premyer Liqasının V turunda "Qarabağ”la keçirəcəyi səfər matçının hazırlıqlarını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 16-da səfərdə "Sabah”a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra "qırmızı-qaralar” bərpa məşqi keçib, ardınca buraxıldığı birgünlük istirahətdən geri dönüb.
Bakıda bir araya gələn komanda hazırlıqlarını paytaxtda gerçəkləşdirir. Baş məşqçi Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv "Bakı” FK-nın təlim-məşq bazasında hazırlıq keçir. Bugünkü məşq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb.
Qeyd edək ki, sentyabrın 23-də "Azərsun Arena”da keçiriləcək "Qarabağ” – "Qəbələ” oyunu saat 20:30-da başlayacaq.