1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tural Axundov: "Sanki arxayınlaşma oldu"
"Oyunun bu tempdə keçəcəyini gözləyirdik. Çünki "Zirə”nin baş məşqçisi Samir Abasovun necə məşq keçdiyini bilirəm".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Tural Axundov səfərdə "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının V tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli müdafiəçi qələbəni şərh edib: "Rəqibin istəkli olduğu görünürdü. Bununla belə, biz onlardan daha istəkli idik. Düzdür, hesabı açandan sonra sanki bizdə arxayınlaşma oldu. Amma rəqib hesabı bərabərləşdirəndən sonra özümüzə gəlib qol vurduq. Qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. Artıq gələn oyuna köklənməliyik”.
Qeyd edək ki, Tural Axundov ötən mövsüm "Sumqayıt"da çıxış edib.