
"Qəbələ" klubunun futbolçusu Elvin Camalov zədələnib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının V turunda səfərdə "Qarabağ"a qarşı keçirilən oyunda xəsarət alıb. Onun yerinə Asif Məmmədov matçın 7-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçında I hissə oynanılır və hesab açılmayıb.