1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qoran Paratski: "Bu, bizi ikiqat sevindirir"
"Neftçi”nin futbolçusu Qoran Paratski "Zirə”ni səfərdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının V tur oyunundan sonra klubun rəsmi saytına müsahibə verib. Sportnet.az xəbər verir ki, qələbə topunun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi əvvəlcə öz qolundan danışıb...
- Doğrudan da gözəl qol oldu. Amma bu qolun vacibliyi gözəlliyindən daha çoxdur. Çünki komandamıza qələbə qazandırdı. Bununla belə, təbii ki, "Neftçi”nin heyətində ilk qolu vurduğuma görə şadam.
- Oyun haqda nə deyə bilərsiniz?
- Çətin oldu. Günah özümüzdədir. Çünki erkən qoldan sonra sanki arxayınlaşdıq, düşündük ki, artıq qələbə qazanmışıq. Amma buraxılan qoldan sonra komanda öz gücünü, xarakterini göstərə bildi, ikinci qolu vurub, 3 xal qazandı. Bu, bizi ikiqat sevindirir. Düşünürəm ki, mövsümboyu belə çətin oyunlar olacaq. Hər oyunda qalib gəlmək üçün çalışmalıyıq.
- Fasilədə baş məşqçi Roberto Bordin komanda üzvlərinə nə dedi?
- Elə mən düşündüyümü dedi. Dedi ki, qoldan sonra çox arxayın oynamağa başladınız. Komanda özünü buraxmamalıdır, boşalmaq olmaz, toparlanmaq lazımdır. Rəqibə qarşı pressinq tətbiq edəndə, bu, öz bəhrəsini verir. Baş məşqçi həmçinin bizə tapşırdı ki, topu çox saxlayaq. Gördüyünüz kimi, onun tövsiyələri ikinci hissədə bəhrəsini verdi.
- "Zirə” ilə oyun təkcə qol vurmağınızla yadda qalmadı. Həm də zədələndiniz. Zədəniz nə dərəcədə ciddidir?
- Hələ bilmirəm, amma həm ümid edirəm, həm də düşünürəm ki, ciddi zədə deyil.
- Necə düşünürsünüz, sizi kim birinci təbrik edəcək?
- Hələ komandadan başqa təbrik edən olmayıb. Çünki hələ telefondan istifadə etməmişəm. Oyundan indi çıxmışam. Amma məncə, ilk təbriki atamdan alacağam. O, futbolçu olub. Xorvatiyada yaşasa da, mənim iştirak etdiyim bütün oyunları internet vasitəsilə izləyir. Təbii ki, həyat yoldaşım da bu gün məni təbrik edəcək. Bakıdadı, oyuna televizordan baxıb.