"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" klubu Ukrayna Premyer Liqasında X turun oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Poltava təmsilçisi Çerniqov şəhərindəki Yuri Qaqarin adına stadionda "Desna"nın qonağı olub. Görüş "Vorskla"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 4-cü dəqiqədə Vladislav Kulaç və 62-ci dəqiqədə Vyaçeslav Şarpar vurub.
Bu qələbə sayəsində "Vorskla" xallarını 18-ə çatdırsa da, elə 4-cü pillədə qalıb. 10 xala malik "Desna" isə 9-cu pillədə qərarlaşıb.