"Oyun bizim üçün ağır keçdi. Deyərdim ki, başabaş mübarizə getdi”. Sportnet.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın VIII turunun "Qarabağ” – "Qəbələ” oyunundan sonra müdafiəçi Qara Qarayev deyib.
Rəqib qapıçı Kamran Ağayevin "Oyunun qırılma nöqtəsi hakimin penaltini verməməsi oldu" fikrinə də münasibət bildirən milli komandanın üzvü 3 xal qazandıqlarına görə çox sevindiyini deyib: "Futbolçuların əksəriyyəti milli komandadan qayıdıb və bir yerdə rahat məşq edə bilməmişdik. Buna baxmayaraq, belə vəziyyətdə qalib gəldik. Vacib olan 3 xal idi, qazandıq. Sevinirəm ki, çətin rəqiblə oyunda qələbə əldə etdik. Penalti epizoduna gəlincə, həqiqətən o epizodu mən görmədim. Yəqin ki, təkrarına baxandan sonra nəsə demək olar. Kamranla epizodun arasında 100 metr fərq var idi, o, həmin vəziyyəti yaxşı görə bilməzdi”.
Qeyd edək ki, "Qarabağ” – "Qəbələ” matçı 2:0 hesabı ilə yekunlaşıb.