"Neftçi”nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib. Sportnet.az-ın məlumatına görə, klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi təəssüfləndiyini deyib.
Abdullayev dünən "Sumqayıt" - "Neftçi" oyununda etdiyi qeyri-etik hərəkətinə haqq qazandırmağa çalışıb: "Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. "Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha "Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.
Qeyd edək ki, oyunun 59-cu dəqiqəsində əvəzlənən yarımmüdafiəçi baş məşqçiyə etraz olaraq, ona əl uzadan Arif Əsədovu vecinə almamışdı.