"Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də "Araz Naxçıvan” qələbə qazanmaq istəyirdi". Sportnet.az-ın məlumatına görə, b sözləri ""Araz Naxçıvanola oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Komandanın oyunboyu səhvlər buraxdığını bildirən gənc mütəxəssis fikrini belə davam etdirib: "Top uğrunda yaxşı mübarizə gedirdi. Bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində 2 qol buraxdıq. "Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm də millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq”.
Qeyd edək ki, "Araz Naxçıvan" - AZAL oyunu 2:2 hesabı ilə başa çatıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |