
"Çox gәrgin bir oyunun şahidi olduq. Hәr iki komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib.
Hesabı açmaq imkanlarının olduğunu deyən gürçü məşqçi də həmkarı Kaxaber Tsxadadze kimi, nəticəyə görə təəssüflənib: Qol vurmaq üçün bizim də yetərincə qol imkanlarımız var idfi. Fikrimcә, biz qol vurmağa biz daha yaxın idik. Amma tәәsüf ki, alınmadı”.
Qeyd edək ki, "İnter" - "Simurq" oyununda hesab açılmayıb - 0:0.