1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq" bizdən daha çox istəkli idi"
"Rəqib oyuna yaxşı hazırlaşmışdı. "Simurq" asan təslim olan komanda deyil". Sportnet.az-ın məlumatına görə, bu açıqlamanı "İnter" - "Simurq" oyunundan sonra meydan sahiblərinin hücumçusu Nizami Hacıyev verib.
Təcrübəli forvard meydana qələbə qazanmaq üçün çıxdıqlarını desə də, rəqibin güclü müdafiə olunmasına diqqət çəkib: "Əltbəttə, məqsədimiz 3 xal idi. Ancaq rəqib el-belə komanda deyil. Onların zəif və güclü tərəflərini yaxşı analiz etmişdik. Xüsusən ilk hissədə oyun çətin keçdi. Onların "2" nömrli futbolçuları mənə çox yaxın oynayırdı, həm də əksər epizodlarda təkbətək mübarizə aparırdılar. Ona görə qol vurmağa imkanım olmadı.
Fasilədən sonra komandanın oyununda dəyişikliyin olduğunu deyən Nizami topa nəzarəti əllərinə aldıqlarını bildirdi: "Fasilədən sonra bəlkə 40 dəqiqə top bizdə oldu. Bilirik ki, birinci yerdə gedən komandaya qarşı klublar həmişə xüsusi hazırlaşırlar. Daha istəkli olurlar. Amma deməzdim ki, "Simurq" bizdən daha çox istəkli idi. Hesabı hardasa ədalətli sayıram".
Qeyd edək ki, "İnter Arena"da keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0