"Qalatasaray” İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi UEFA-dan şikayətçidir.
Belə ki, ötən mövsüm maliyyə məsələləri səbəbindən avrokuboklardan uzaqlaşdırılma təhlükəsi ilə üz-üzə qalmış "aslanlar” qitənin ali futbol qurumu ilə anlaşma imzalamışdı. Amma UEFA bu mövsüm anlaşmanın yenidən analiz olunması üçün maliyyə nəzarət şöbəsinə göndərib.
"Qalatasaray” isə bunun aradakı anlaşmaya zidd olduğunu əsas gətirərək, CAS-a müraciət edib.
Qeyd edək ki, tərəflər arasında anlaşma imzalanması bəzi Avropa klublarının etirazı ilə qarşılanmış və UEFA-ya şikayətlər daxil olmuşdu.