
Premyer Liqanın VIII turu bir sıra yubileylərlə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" ilə oyunun ikinci hissəsində meydana çıxan "Qarabağ"ın müdafiəçisi Qara Qarayev üçün bu, 100-cü matç olub.
Premyer Liqada 2008/2009-cu illər mövsümündə debüt edən milli komandamızın üzvü çempionatda 100 görüşün hamısını "Qarabağ”ın formasında keçirib. Ağdam klubunun heyətində 7-ci Premyer Liqa mövsümünü keçirən Qarayev indiyə qədər 1 qol vurub.
Qeyd edek ki, "Qarabağ" - "Qəbələ" oyunu 2:0 hesabı ilə yekunlaşıb.