
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Sportnet.az-ın məlumatına görə, artıq bu sistemdə qeydiyyata alınanların sayı 70 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 70000-ci üzvü bu ildən etibarən təşkil olunmuş U-10 Liqasında çıxış edən UGİM Bərdə komandasının üzvü Hasib Teymur oğlu Mustafazadədir.
Qeyd edək ki, Hasib 6 yanvar 2007-ci ildə anadan olub.